Mingəçevirdə avtomobil 40 yaşlı qadını vurdu
Bizi izləyin

Hadisə

Mingəçevirdə avtomobil 40 yaşlı qadını vurdu

Mingəçevirdə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsində, Heydər Məscidinin yaxınlığında qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü şəhər sakini İlhamə Məhərrəmova yolu keçmək istəyərkən VAZ-2107 markalı avtomobil onu vuraraq xəsarət yetirib. Yaralı Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm