Hadisə
Bacı-qardaşın başını kəsən qatilə ömürlük həbs cəzası - (YENİLƏNDİ)
Məhkəmənin hökmü ilə Azər Cəfərov ömürlük azadlıqdan məhrum edilib.
***
Bakıda bacı-qardaşın başını kəsən 20 yaşlı Azər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə qətldə təqsirləndirilən Azər Cəfərovun barəsində təyin edilən psixiatrik ekspertizanın rəyi məlum olub. Rəydə göstərilib ki, Azər Cəfərov hadisəni törədərkən anlaqlı vəziyyətdə olub. Daha sonra məhkəmə istintaqı tamamlanıb və çıxış edən prokuror Azər Cəfərovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, hadisə bu il aprelin 2-də Keşlə qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Saqil Qasımzadə və onun 26 yaşlı bacısı Fəridə qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub.
Qeyd edək ki, qətlə yetirilənlər 2015-ci ilin dekabrında Xəzərdə baş vermiş dəhşətli yanğın nəticəsində həlak olmuş İman Qasımovun qardaşının övladlarıdır. Onlar Kəlbəcər rayonundan məcburi köçkündürlər.
Azər Cəfərovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 29, 120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham elan edilib.
Hacı Zeynalov
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər