15 min dolları ölkədən çıxarmaq istəyərkən tutuldu
Bizi izləyin

Hadisə

15 min dolları ölkədən çıxarmaq istəyərkən tutuldu

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, idarənin Sərnişin şöbəsində Azərbaycandan İrana piyada yolla getmək istəyən Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın üzərində əvvəlcədən gömrük nəzarətinə yazılı, şifahi və ya elektron formada bəyan edilməyən 14.800 ABŞ dolları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm