Bayram günü Mingəçevirdə ev yandı
Bizi izləyin

Hadisə

Bayram günü Mingəçevirdə ev yandı

Axşam saatlarında Mingəçevir şəhərində yanğın hadisəsi baş verib.

Yanğın Şah İsmayıl Xətai küçəsində yerləşən 12 saylı binanın 33-cü mənzilində qeydə alınıb.

Hadisə zamanı qonşuluqda yaşayan 42 yaşlı qadın huşunu itirib və ona yerindəcə ilkin tibbi yardım göstərilib.

Yanğın zamanı mənzildə adam olmayıb. Alovun yayılmasının qarşısını almaq mümkün olub, yanğın söndürülüb.

Evdə kirayənişinlərin qaldığı bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm