Hadisə
Bakıda DƏHŞƏT: Qayınatasını vəhşicəsinə öldürdü
Bakıda dəhşətli qətl hadisəsi baş verib.
Lent.az xəbər verir ki, Ramana qəsəbəsində 1981-ci il təvəllüdlü Şabanov Samir Valeh oğlu qayınatası, 1965-ci il təvəllüdlü Hətəm Şabanovu kəsici və küt alətlərlə vuraraq öldürüb. S.Şabanov polis tərəfindən tutularaq istintaqa təhvil verilib.
Bildirilir ki, qətli törədən şəxs bir neçə il əvvəl atasının əmisi nəvəsi ilə ailə həyatı qurub. Daha sonra onların münasibəti pozulub və o, həyat yoldaşından boşanıb. Lakin keçmiş qohumlar arasındakı gərgin münasibət davam edib. S.Şabanov alimentin düzgün hesablanmamasını, qarşı tərəf isə onun övladına görə təyin edilmiş vəsaiti vaxtında ödəmədiyini bildirirmiş. Nəhayət, S.Şabanov qayınatasının Ramanadakı evinin yaxınlığına gedərək onunla məsələni aydınlaşdırmaq qərarına gəlib. Münaqişə zəminində o, 53 yaşlı kişiyə dəmir parçası və bıçaqla çoxsaylı zərbələr endirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır