• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bıçaqlanan polis kapitanından xəbər var - FOTO

  • Hadisə
  • 31 İyul 2015 15:12
  • 1 325 Baxış
Bıçaqlanan polis kapitanından xəbər var - FOTO

Bir neçə gün öncə Qaradağ rayonu ərazisində K1 üzrə dünya kubokunun sahibi, 4 qat dünya çempionu və beynəlxalq dərəcəli idman ustası Kamil Şərifov bıçaqlanıb. Polis kapitanı işləyən idmançı xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanıb.

Gecəyarısı Qaradağ ərazisində vəzifə borcunu yerinə yetirərkən 5 şübhəlini saxlayan 4 qat dünya çempionu daha sonra şübhəli şəxslərlə əlbəyaxa olub və 3 bıçaq zərbəsi alıb.

Kamil Şərifovun hazırkı durumu ilə bağlı idmançının yaxın dostlarından olan Fuad Zeynalovun fikirlərini öyrəndik. Publika.az-a danışan kikboks üzrə dəfələrlə beynəlxalq turnirlərin qalibi olmuş F.Zeynalov dostunun vəziyyətinin yaxşıya doğru getdiyini deyib:

“Şükürlər olsun, Kamilin vəziyyəti yaxşıdır. Hələ ki, xəstəxanadadır. Amma hələ evə buraxmırlar, güman ki, bir müddət burada qalacaq”.

Xatırladaq ki, sosial şəbəkələrdə idmançıya xeyli dəstək mesajları gəlib. Elə Fuad Zeynalovun özü və tanınmış məşqçi Kamil Zeynallı bıçaqlanan Kamil Şərifovla bağlı “instagram”da şəkil paylaşaraq haqqında bu rəyləri yazıb:

“Allah Şəfa versin, qardaşım 2 saat keçən əməliyyatdan sonra şükürlər olsun yaxşıdır hər şey. Səni belə incidənlər çox getməyəcək, qardaşım. Daim yanındayıq.

Gecə saat 1-də Qaradağ ərazisində polis vəzifə borcunu yerinə yetirərkən 5 şübhəlini saxlayıb və sonda əlbəyaxa olublar. Gücləri çatmayaraq 3 bıçaq zərbəsi vurublar.

Kamillər həmişə güclü və dözümlü olur ...!”

Dəfələrlə beynəlxalq turnirlərin qalibi olmuş Fuad Zeynalov da idmançı dostunun durumuna biganə qalmayıb. O, rinqdə döyüşərkən ikisinin birlikdə çəkilmiş şəklini paylaşıb və belə rəy yazıb:

“Rinqdə amansız rəqibim, həyatda isə dostum, qardaşım sənə Allahdan şəfa diləyirəm, tezliklə sağal inşallah. Yenə də səninlə rinqdə üz-üzə gələk”.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR