7-ci mikrorayonda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB
Bizi izləyin

Hadisə

7-ci mikrorayonda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB

Publika.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, binanın 5-ci mərtəbəsində saat 23.00 radələrində başlamış yanğın 45 dəqiqə sonra söndürülüb. Şahidlər bildirib ki, yanan mənzildə ana və azyaşlı övladı olub.

Yanğınsöndürənlər mənzilə eyvandan daxil olub və ana və balanı xilas ediblər. Ana və övladı təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Yanğınsöndürənlərdən bir nəfər tüstüdən zəhərlənib. Ərazidə təcili yardım maşını olmadığından o, sakinlərin şəxsi avtomobili ilə yaxınlıqdakı xəstəxanalardan birinə aparılıb.

İlkin ehtimala görə, yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır. Yanğının baş vermə səbəbi dəqiqləşdirilir.

***

23.14

Hazırda Binəqədi rayonu, 7-ci mikrorayonda yaşayış binasında yanğın başlayıb.

Publika.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğın Abay Kunanbayev küçəsi 11a-da yerləşən binanın 5-ci mərtəbəsindəki mənzildə baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 5 yanğınsöndürən maşını cəlb olunub. Xilasedicilər yanğın olan mənzilin qapısını sındırıb içəri daxil olmağa çalışırlar. Mənzildə adam olub olmadığı məlum deyil.

Daha ətraflı məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm