66 nəfəri gün vurub – Təcili yardım
Bizi izləyin

Hadisə

66 nəfəri gün vurub – Təcili yardım

Mayın ortalarından indiyə kimi 66 nəfəri gün vurub.

Bu barədə Publika.az-a Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev məlumat verib.

Stansiyaya günvurma ilə əlaqədar 66 nəfərin müraciət etdiyini deyən baş həkimin sözlərinə görə, onlardan 23 nəfəri xəstəxanaya yerləşdirilib. Digər 43 nəfərə isə yerində yardım edilərək evə göndərilib.

Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyası avqust ayı ərzində gözlənilən kəskin isti hava şəraiti ilə əlaqədar insanlara ehtiyatlı olmağı, açıq havada fiziki işdən uzaqlaşmağı, yanında ehtiyat su saxlamağı tövsiyə edir.

Xatırladaq ki, avqustun ayı ərzində ölkə ərazisində kəskin isti hava şəraitinin davam edəcəyi planlaşdırılır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm