Hadisə
Sumqayıtdakı qəzanı qadın törədib - 3 ölü, 2 yaralı
Sumqayıt şəhərində piyadavurma hadisəsi nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, sentyabrın 16-da saat 21 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində Laçın rayon sakini Nailə Kazımova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında dayanmış Xaçmaz rayon sakinləri Səbuhi Məlikovu, Fərman İsmayılovu, Lətif Məmmədovu və Nağdəli Babayevi vurub.
Nəticədə S.Məlikov, F.İsmayılov və L.Məmmədov hadisə yerində ölüb, N.Babayev və sürücü N.Kazımova isə xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
***
Sentyabrın 16-da axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az APA-ya istinadən xəbər verir ki,
magistralın 48-ci km-də, Azərbaycanın Sumqayıt şəhəri ərazisində
“Hyundai” markalı avtomaşın yolun kənarında dayanan 4 piyadanı
vurub. Onlarda 3-ü ölüb, bir nəfər isə xəsarət alıb. “Hyundai”-ın
sürücüsü də xəsarət alıb.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır