Hadisə
Qanunsuz rabitə xidməti göstərən əcnəbilər saxlanıldı
Azərbaycanda beynəlxalq rabitə xidmətləri ilə qanunsuz məşğul olan xarici ölkə vətəndaşları barəsində cinayət işi başlanıb.
Bu barədə Publika.az-a Baş Prokurorluğun mətbuat xidmətindən mıəlumat verilib. Məlumata görə, ayrı-ayrı xarici ölkə vətəndaşlarının xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan Bakı şəhərində kirayə götürdükləri mənzillərdə xüsusi avadanlıqlar quraşdırmaqla beynəlxalq rabitə xidmətləri təşkil edərək dövlətə külli miqdarda ziyan vurmalarına dair Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı qeyd olunan qanunsuz əməlləri həyata keçirməklə Ukrayna Respublikasının vətəndaşının 25 min 571 manat, İran İslam Respublikasının vətəndaşlarının 7 min 323 manat, Rusiya Federasiyası vətəndaşının 40 min 692 manat, Gürcüstan Respublikasının vətəndaşlarının 2 min 878 manat məbləğində dövlətə ziyan vurmalarında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 192.2.1-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərin anım günü keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI