İdman
Gözlər mərkəzi stadionda olacaq - “Qarabağ” “Rudar”a qarşı
ÇL-də II təsnifat mərhələsinin ilk oyunları başa çatacaq.
Publika.az-ın məlumatına görə, təmsilçimiz “Qarabağ” bu gün qitənin ən nüfuzlu turnirində ilk görüşünə çıxır.
Ağdam klubu doğma meydanda Monteneqro çempionu “Rudar”ı qəbul
edəcək.
Tarixində ikinci dəfə Çempionlar Liqasında iştirak edən Ağdam
təmsilçisi ən azı ötənilki uğurunu təkrarlamaq istəyinə düşüb.
Elə Qurban Qurbanov da keçirdiyi mətbuat kionfransında bu görüşlə bağlı belə fikir bildirmişdi:
“Çalışmışam ki, heç vaxt oyun tərzini dəyişməyim. Əksinə, mövcud sistemi bir qədər də təkmilləşdirmək istəyirəm. Yeni oyunçulara da bunu başa salıram. Həmişə rəqiblərə hörmət edirik. Ancaq görəcəksiniz ki, bu komanda topla necə davranır. Həm də bizi yaxşı analiz ediblər. Biz həmişə düzünü deməyə çalışırıq”.
Xatırladaq ki, ötən mövsüm Avropa Liqasının qrup mərhələsinə qədər irəliləyən və hakim haqsızlığı ilə üzləşmiş, mübarizəni dayandırmışdı. İndi komandamız yenidən azarkeşlərə bu sevinci yaşada bilər. Bunun üçün isə “atlılar” ilk növbədə “Rudar”ı keçməlidir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək
qarşılaşma saat 21:30-da başlayacaq.
15 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu
21:30. “Qarabağ” (Azərbaycan) – “Rudar” (Monteneqro)
Baş hakim: Sebastyan Koltesku (Rumıniya)
Tofiq Bəhramov adına Respublika stadionu
Aygün
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ