• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

100 manatlıq bilet, 100-cü oyun – İtaliya millisi harada yerləşdiriləcək? – RƏSMİ AÇIQLAMA

  • İdman
  • 6 Oktyabr 2015 15:24
  • 543 Baxış
100 manatlıq bilet, 100-cü oyun – İtaliya millisi harada yerləşdiriləcək? – RƏSMİ AÇIQLAMA

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakı Olimpiya stadionunda Azərbaycan və İtaliya milli komandaları qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Oyunun biletləri və qonaqların yerləşdirilməsi ilə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq.

Publika.az-a danışan federasiya rəsmisi oyuna böyük marağın olduğunu dedi:

“20 mindən artıq bilet satılıb. Bu oyuna böyük maraq var. Birincisi ilk dəfə olaraq Olimpiya stadionunda oyun keçiriləcək, ikincisi rəqib həm güclü komandadır, həm də dünya səviyyəsində çox yaxşı tanınır. Bundan əlavə, Rəşad Sadıqov millidə 100-cü oyununu keçirir. Bütün bunlar oyuna marağı daha da artırır. Hazırda millinin durumu, hazırlığı haqda nəsə demək tezdir. Çünki milli hələ dünən toplaşıb”.

M.Nərimanoğlu İtaliya millisinin yerləşdirilməsi məsələsinə də toxundu:

“İtaliya yığma komandası ayın 8-də ölkəmizə gələcək. Onlar “Hilton” otelində yerləşdiriləcək”.

Onu da bildirək ki, biletləri “Bakcell Arena”nın kassalarında və Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən “Bakcell” Müştəri Xidmətləri Mərkəzində əldə etmək mümkündür. Biletlərin qiyməti 1, 2, 4 və 50 manatdır. Satış nöqtələrindən 100 manata individual “Skybox” biletləri də əldə etmək olar.

Qeyd edək ki, millimizin cari seçmə mərhələdə son ev oyununu keçirəcəyi Bakı Olimpiya stadionunda qarşılaşmanın yüksək səviyyədə təşkili ilə bağlı AFFA tərəfindən kompleks işlər görülüb, ot örtüyünə xüsusi diqqət yetirilib.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR