UEFA-da yeni prezident
Bizi izləyin

İdman

UEFA-da yeni prezident

UEFA-nın yeni prezidentinin adı məlum olub.

Publika.az xəbər verir ki, Avropanın ali futbol qurumunun rəhbər postu ispaniyalı Anxel Mariya Vilyara həvalə olunub.

Hazırki prezident Mişel Platini 90 gün müddətinə diskvalifikasiya olunduğundan, UEFA-nın İcraiyyə Komitəsinin növbədənkənar iclası keçirilib. İclasda Vilyar müvəqqəti olaraq prezident seçilib. Reqlamentə görə, qurumda prezident olmadıqda, onun səlahiyyətlərini vitse-prezident yerinə yetirməlidi.

Anxel Mariya Vilyar həm də İspaniya Futbol Federasiyasının prezidentidi.

İsveçrənin Nyon şəhərində UEFA-nın üzvü olan 54 milli assosiasiya rəhbərlərinin iştirak etdiyi toplantıya AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov da qatılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm