Şumaxerin otağına hücum oldu
Bizi izləyin

İdman

Şumaxerin otağına hücum oldu

Şumaxerin otağına hücum oldu

Fransada yatdığı xəstəxanada ölümlə mübarizə aparan məşhur pilot Mixail Şumaxerin otağında qəribə olay yaşanıb. İki nəfər naməlum şəxs Şumaxerin yatdığı otağa girmək istəyib. Publika.Az xəbər verir ki, xəstəxana rəsmiləri “Bild” qəzetinə verdikləri açıqlamada belə bir hadisənin olduğunu təsdiqləyib. Xəstəxanadan bildirilib ki, artıq həmin şəxslər polis tərəfindən saxlanılıb.

Kimlikləri bəlli olmayan bu iki şəxsin məqsədlərinin Şumaxerin şəklini çəkərək sosial media və internet üzərindən çox yüksək miqdarda satmaq olduğu vurğulanıb.

Onlar xəstəxanaya özlərini digər xəstələrin yaxınları kimi göstərərək daxil olublar. Naməlum şəxslərin bu cəhdi əfsanəvi pilotun ailəsi tərəfindən də böyük qınaq obyekti olub.

Artıq polis daha da güclü tədbir görüldüyünü, mühafizənin gücləndirildiyini açıqlayıb.

Xatırladaq ki, Mixail Şumaxer bir neçə ay öncə xizək sürdüyü zaman yıxılaraq ağır xəsarət almışdı.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm