Paralimpiya oyunlarında "lipa" skandalı
Bizi izləyin

İdman

Paralimpiya oyunlarında "lipa" skandalı

Rio-de-Janeyroda keçirilən Paralimpiya oyunlarında idmançılar növbəti haqsızlıqla üzləşiblər. Disk atma üzrə paralimpiya oyunlarında yarışa sağlam idmançı buraxılıb və o, yarışın qalibi olub.

Rio-de-Janeyroda keçirilən Paralimpiya oyunlarında idmançılar növbəti haqsızlıqla üzləşiblər. Disk atma üzrə paralimpiya oyunlarında yarışa sağlam idmançı buraxılıb və o, yarışın qalibi olub.

Bu haqda paralimpiya komandamızın disk atma üzrə idmançısı Oluxan Musayev məlumat verib: “Braziliya komandasından sağlam idmançını bizim kateqoriya üzrə yarışa buraxdılar və biz idmançılara qarşı çox böyük haqsızlıqlar edərək qızıl medalı həmin braziliyalı idmançıya qazandırdılar”.

“Həmçinin, yüngül atletikanin disk atma yarışının çəkilişini internetdə canlı vermədilər. Bu idman növü üzrə yarışın çəkilişinə icazə verilmədi", - deyə O.Musayev qeyd edib.

İdmançımız bu yarışlardan çox narazı qalıb: "Bu, güclü paralimpiya oyunları yox, sadəcə adi turnir səviyyəsindəki yarış idi. Braziliyalılar oyuna lipa (onlara nisbətən daha az fiziki qüsuru olan — red.) idmançı çıxardılar. Axı gəzən o cür idmançı bizim idman növündə yarışa bilməz. Bizim kateqoriyada ayaqlardan tam qüsurlu idmançılar yarışırlar”.

“Onlar lipa idmançı çıxardılar ki, bizə qalib gəlsin, amma biz ondan güclü idik. Güclü olsaq da, təəssüflər olsun ki, hakimlər bizi sıxışdıraraq qalib gəlməyimizə mane oldular”, - idmançı deyib.

O, bir sıra ölkələrin idmançılarının yarışın nəticələrinə qarşı protest verdiklərini, lakin çəkiliş olmadığından protestlərə baxılmadığını qeyd edib: "Azərbaycan, ABŞ, Kuba kimi dövlətlər xüsusilə narazılıq edib. Amma heç bir nəticə əldə olunmayıb".

Qeyd edək ki, idmançımız Rio-de-Janeyro Paralimpiya Oyunlarında disk atma idman növündə dördüncü yerdə qərarlaşıb. (Sputnik)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm