İdmançılarımız olimpiadaya daha 2 lisenziya qazandılar
Bizi izləyin

İdman

İdmançılarımız olimpiadaya daha 2 lisenziya qazandılar

İdmançılarımız olimpiadaya daha 2 lisenziya qazandılar

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

Publika.Az-ın federasiyadan aldığı məlumata görə, yeniyetmə qızlardan ibarət yığma komandamızın üzvləri Avropa çempionatını 2 qızıl medalla tamamlayıb. Qızıl medalları yığmamıza Türkan Nəsirova (46 kq) və Leyla Qurbanova (52 kq) qazandırıb. Komanda hesabında 39 xal toplayan güləşçilərimiz çempionatda 5-ci sırada qərarlaşıb.

Yeniyetmə qızlarımız Nanjinqdə keçiriləcək ikinci Olimpiya Oyunlarına qazandıqları 2 lisenziyanı 2 qızıl medalla əldə edib. Ancaq FİLA qaydalarına əsasən hər bir ölkə qızların yarışında yalnız 1 güləşçi ilə iştirak edə bilər.

Xatırladaq ki, buna qədər sərbəst güləş üzrə yeniyetmə pəhləvanlarımız Avropa çempionatında mübarizəni tamamlayıb. Azərbaycan sərbəst güləş yığmasının üzvləri ümumilikdə 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Bu nəticə ilə yığmamız Nanjinqdə keçiriləcək yeniyetmələrin ikinci Olimpiya Oyunlarına 5 mümkün lisenziyadan 3-nü qazana bilib. 46, 63 və 100 kq-da lisenziya qazanan sərbəst güləşçilərimiz Nanjinqdə 2 çəki dərəcəsində təmsil olunacaq.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm