Bütün dünya bizdən danışır - FOTO
Bizi izləyin

İdman

Bütün dünya bizdən danışır - FOTO

Dünən gecə Çempionlar Liqasının play-off mərhələsində Danimarkanın “Kopenhagen” klubuna qalib gələn “Qarabağ” futbol klubumuz qələbəsi ilə dünya mətbuatında böyük əks-səda yaradıb.

Publika.az xəbər verir ki, UEFA Çempionlar Liqasının rəsmi feysbuk səhifəsi “Qarabağ” futbolçularının geyim otağındakı fotosunu paylaşaraq tarixi qələbə münasibəti ilə təbrik mesajı yazıb.

“Onlar üçün nə böyük gecədir: “Azərbaycan ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində!” başlığı ilə paylaşılan foto bəyənmə və paylaşım rekordları qırıb.

Paylaşıma minlərlə azərbaycanlı rəy yazaraq Azərbaycan təmsilçisini təbrik edib və bayram coşğusunu bildirən sözlər yazıblar.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm