Qurban Qurbanovun ilk matçının vaxtı açıqlandı
Bizi izləyin

İdman

Qurban Qurbanovun ilk matçının vaxtı açıqlandı

Azərbaycan milli komandası Gürcüstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Publika.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Türkiyənin Antalya şəhərində baş tutacaq.

Millilər 2 fevral 2018-ci il tarixində görüşəcəklər.

Qeyd edək ki, bu matçda Qurban Qurbanov rəsmi olaraq ilk dəfə milli yığma komandanın baş məşqçisi kimi çıxış edəcək.

Qurban Qurbanov futbolçu kimi də millidə debüt oyununu Gürcüstan millisinə qarşı keçirib. O, 1992-ci il sentyabrın 17-də Gürcüstanda keçirilən yoldaşlıq matçının 46-cı dəqiqəsində meydana çıxıb. Həmin görüş gürcülərin 6:3 hesablı qələbəsi ilə başa çatıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm