.jpg)
Əlcəzairin dini işlər üzrə naziri futbolçulara yeməyə icazə verib.
Publika.az xəbər verir ki, bu gün dünya çempionatının 1/8 final mərhələsində Almaniya ilə qarşılaşacaq Əlcəzair millisinin futbolçuları oruc tuturlar. Ölkənin dini işlər üzrə naziri qarşılaşmanın əhəmiyyətini önə çəkərək, futbolçulara qidalanmağın vacib olduğunu bildirib.
Əlcəzairin baş məşqçisi Vahid Həlilodziç isə bu məsələdə futbolçulara sərbəstlik verib. Baş məşqçi dini inanca görə futbolçulara təzyiq göstərməyəcəyini bildirib.