İdman
Maradona futbola qayıdır
Futbol dünyasının əfsanəsi Dieqo Maradona yenidən futbola qayıdır.
Axar.az xəbər verir ki, argentinalı futbol əfsanəsi iştirak etdiyi bir televiziya proqramında Braziliyada keçirilən futbol üzrə dünya çempionatından sonra Venesuela milli komandasına rəhbərlik edə biləcəyini deyib.
Maradona bu günə qədər Cənubi Amerikada dünya çempionatında iştirak etməyən yeganə ölkə olan Venesuelanın baş məşqçisi olmasının doğru addım olacağını vurğulayıb.
Futbol dünyasının əfsanəsi bu ilki dünya çempionatının bitməsindən sonra Venesuela prezidenti Nikolas Maduroyu ziyarət edəcəyini və bu məsələni müzakirə edəcəyini bildirib.
Qeyd edək ki, Venesuelanın baş məşqçisi Sezar Farias komandasının 2014-cü il dünya çempionatının seçmə mərhəldə uğursuz çıxışından sonra istefa vermişdi.
Xatırladaq ki, Maradona bu günə qədər "Textil Mandiyu", "Rasinq
Avellaneda", "Al-Wasl" və Argentina milli komandasına rəhbərlik
edib.
- See more at: http://axar.az/news/22803#sthash.CBqWAaN8.dpuf
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ