• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Messi odla oynayır – Həbs olunacaq

  • İdman
  • 31 İyul 2014 16:48
  • 989 Baxış
Messi odla oynayır – Həbs olunacaq

“Barselona”nın argentinalı ulduzu Messi odla oynayır.

Publika.az xəbər verir ki, Lionel vergi borcunu ödəməkdən imtina edib. Barselona məhkəməsi futbolçunun üzərindən ittihamı götürməyib. Baxmayaraq ki, prokuror Rakel Amado bütün məsuliyyətin ata Messinin üzərində olduğunu əsas gətirib, Lionelin üzərindən ittihamı götürməyi məhkəmədən xahiş etmişdi.

Prokurorun xahişini rədd edən məhkəmə hesab edir ki, futbolçunun vergi yayınmalarından xəbərdar olduğunu sübut edən faktlar mövcuddur. Ola bilsin ki, Messi özü də bu saxtakarlıqda rol oynayıb.

İspaniya qanunlarında vergidən yayınmaya görə, 6 ilə qədər həbs cəzası nəzərdə tutulub. Günahları sübut olunacağı təqdirdə, Messini və atasını bu qədər həbs cəzası gözləyir.

Futbolçu instaqram səhifəsində məsləyə belə münasibət bildirib: “Şiri qoyunların fikri narahat etmir”.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR