“Neftçi” azarkeşlərini arzusuna çatdırdı
Bizi izləyin

İdman

“Neftçi” azarkeşlərini arzusuna çatdırdı

“Neftçi” klubu Nikolas Kanalesin keçidini rəsmiləşdirib. Publika.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Çilili hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

29 yaşlı futbolçu 2012/2013 mövsümündə olduğu kimi, yenə də 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Neftçi”nin mətbuat xidmətini rəhbəri Gündüz Abbaszadə saytımıza açıqlamasında Kanalesin öz istəyi ilə Bakıya gəldiyini, “Neftçi”də yenidən çıxış etməyi çox istədiyini demişdi. (http://publika.az/p/36192)

Qeyd edək ki, Nikolas Kanales 2012-2013-cü il mövsümündə “Neftçi”də çıxış edib. O, Azərbaycan Premyer Liqasında 31 oyuna 26 qolla bombardir olub. “Neftçi”dən getdikdən sonra Kanales ölkəsində "Kolo-Kolo" (2013-cü il), “Santiaqo Vanderers”(2014-cü il) klublarında çıxış edib.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm