Foqts Ramin Musayevi ələ saldı
Bizi izləyin

İdman

Foqts Ramin Musayevi ələ saldı

Foqts Ramin Musayevi ələ saldı

Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Rusiya ilə bu gün keçiriləcək oyundan əvvəl mətbuat konfransı keçirib.

Publika.az xəbər verir ki, "Neftçi" və "Qarabağ"ın avrokuboklardakı çıxışına görə Premyer Liqada oyunların təxirə salınması ilə bağlı məsələyə münasibət bildirib. Foqts açıqlamasında PFL prezidenti Ramin Musayevə "ilişməyi" də unutmayıb:

"Oktyabrda İtaliya və Xorvatiya ilə üç gün ərzində qarşılaşacağıq. Özü də səfərdə. Bu, çox çətindir. Klubların oyunlarını təxirə salması mənə də problem yaradır. Blatterə məktub yazacam ki, Xorvatiya ilə oyunu təxirə salsın (gülür).

Amma "Qarabağ"ı Avroliqanın qrup mərhələsinə çıxması münasibətilə təbrik edirəm. "Qarabağ" ölkənin ən yaxşı komandasıdı, özü də böyük fərqlə. "Neftçi" də qrupa düşsəydi, daha yaxşı olardı. Yerli futbolçular üçün hər bir beynəlxalq oyun vacibdir. Premyer Liqanın oyunları bundan sonra təxirə salınmasa, çox sevinərəm".

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm