“Sehrbaz” Hindistanı, yoxsa Amerikanı seçəcək?
Bizi izləyin

İdman

“Sehrbaz” Hindistanı, yoxsa Amerikanı seçəcək?

“Sehrbaz” Hindistanı, yoxsa Amerikanı seçəcək?

Ulduz futbolçu Ronaldinyonun karyerasını Hindistanda davam etdirəcəyi ilə bağlı məlumat yayılmışdı.

Publika.az xəbər verir ki, İngiltərə mətbuatı “sehrbaz”la bağlı yeni iddia ortaya atıb. İddiaya görə, Meksikanın "Amerika” klubu “top sehrbazı”na iki illik müqavilə qarşılığında 4,6 milyon avro təklif edib. Futbolçu hələ ki kluba cavab verməyib.

Xatırladaq ki, hal-hazırda klubsuz olan Ronaldinyonun son ünvanı "Atletiko Mineyro” olub. Ronaldinyonun Hindistanın “Chennai” klubu ilə danışıqlar apardığı da deyilir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm