Qətərə görə toplaşırlar – Yayda, yoxsa qışda?
Bizi izləyin

İdman

Qətərə görə toplaşırlar – Yayda, yoxsa qışda?

Qətərə görə toplaşırlar – Yayda, yoxsa qışda?

Sentyabrın 25-də Sürixdə FİFA İcraiyyə komitəsinin iclası keçiriləcək.

Publika.az xəbər verir ki, 2 gün davam edəcək iclasda əsas müzakirə mövzusu 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı olacaq.

İcraiyyə Komitəsinin üzvləri mundialın yayda və ya qışda keçirilməsi ilə bağlı qərar qəbul etməlidir.

2022-ci ildə mundialın qışda keçirilməsi variantı dünya çempionatının təşkilatçılıq hüququnun Qətərə verilməsindən sonra aktuallaşıb. Yaya aylarında bu ölkədə temperaturun həddindən artıq yüksək olmasını əsas gətirən mütəxəssislər mundialın qışda keçirilməsini təklif edirlər.

Bu ideyanı FİFA və UEFA prezidentləri – Jozef Blatterlə Mişel Platini də dəstəkləyib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm