Reytinq cədvəli açıqlandı – millimiz yenə …
Bizi izləyin

İdman

Reytinq cədvəli açıqlandı – millimiz yenə …

FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə ali qurumun rəsmi saytı məlumat yayıb.

Tərtib olunan cədvələ görə, Azərbaycan millisi 9 pillə geriləyib.

"Avro-2016"-nın seçmə mərhələsində Norveçə 0:1 hesabı ilə uduzan komandamız 135-ci pillədədir.

"Avro-2016"-dakı rəqiblərimizə gəlincə, ən yaxşı göstərici yenə də İtaliya millisinə aiddir. İtaliya millisi ötən ay olduğu kimi, bu dəfə də 11-ci pillədə yer alıb.

Digər rəqiblərimizdən Xorvatiya isə 5 pillə geriləyərək 19-cu pilləyə düşüb. Norveç (+1) 67-ci, Bolqarıstan (-7) 66-cı və Malta isə (+9) 148-ci pillədədir.

Siyahının lideri "DÇ-2014"ün qalibi Almaniya millisidir. Mundialın gümüş mükafatçısı Argentina yığması ikinci, Kolumbiya isə üçüncü pillədə qərarlaşıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm