Futbolçumuza tüpürülməsi ilə bağlı araşdırma aparılacaq
Bizi izləyin

İdman

Futbolçumuza tüpürülməsi ilə bağlı araşdırma aparılacaq

Avropa Liqasının qrup mərhələsinin V turunda keçirilən "Sent-Etyen" - "Qarabağ" matçında xoşagəlməz hadisə yaşanıb.

Mətbuatın iddiasına görə, "Sent-Etyen"in baş məşqçisi Kristof Qaltye matçın ikinci hissəsində "Qarabağ"ın ikili mübarizə zamanı yerdə qalan hücumçusu Vüqar Nadirova tüpürüb. 48 yaşlı mütəxəssis hətta texniki zonanı tərk edərək yan xəttə qədər gəlib. Öz növbəsində V.Nadirov da Qaltyenin bu hərəkətinə etirazını bildirib.

Məsələ aydınlıq gətirmək üçün “Qarabağ”ın direktoru Emrah Çelikellə əlaqə saxladıq.

Publika.az-a danışan klub rəsmisi məsələnin araşdırılacağını bildirdi:

“Mən görmədim. Amma bu məsələni araşdıracağam”.

Məlumat üçün bildirək ki, 1:1 hesabı ilə başa çatan oyunda "Qarabağ"ın yeganə qolunu məhz Vüqar Nadirov vurub. Millimizin üzvü matçın 15-ci dəqiqəsində hesabı açıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm