• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

"Qarabağ" komandası Fransa mətbuatında - FOTO

  • İdman
  • 4 Dekabr 2014 07:58
  • 1 024 Baxış
"Qarabağ" komandası Fransa mətbuatında - FOTO

Fransanın “Lö kiosk” qəzetində Avropa-Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycanın “Qarabağ” futbol komandasından bəhs edən məqalə dərc olunub.

Publika.az-ın məlumatına görə, AzərTac-ın Parisdəki müxbiri xəbər veir ki, məqalədə ölkəmizin ən güclü futbol klublarından olan bu komandanın Fransada az tanındığı, onun oyunçularının əksəriyyətinin Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş Ağdam rayonunu təmsil edən məcburi köçkünlərdən ibarət olduğu diqqətə çatdırılıb. Öz ölkələrində populyar olan komandaların hər birinin maraqlı tarixçəsi olduğunu qeyd edən müəllif Mari Giyon Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər tərəfindən işğal olunan Ağdam rayonunun “Qarabağ” komandasının Azərbaycanda və Avropa liqasında keçirdiyi oyunlar barədə ətraflı məlumat verib.

Məqalədə əslən Ağdamdan olan, Lionun Siyasi Elmlər İnstitutunun doktorantı Elşən Mustafayevə istinadən “Qarabağ” komandasının vaxtı ilə oynadığı stadionun ermənilər tərəfindən dağıdılmasından, ermənilərin apardıqları etnik təmizləmə siyasətinin qurbanı olan ağdamlıların öz doğma yurdlarını tərk etməsindən, çətinliyə baxmayaraq komandanın ölkə birinciliyi yarışlarında iştirak etməsindən və əldə etdiyi uğurlardan söhbət açılıb.

“Qarabağ” komandasının cəbhə bölgəsinə yaxın meydançada məşq etməsinin riskli olması, erməni snayperlərinin oyunçuların həyatı üçün təhlükə yaratması səbəbindən onların Bakının Tofiq Bəhramov adına stadionda məşq etdikləri bildirilib. Ermənilərin apardığı işğalçılıq siyasəti ucbatından komandanın 1993-cü ildən bəri öz meydançasında oynamadığı diqqətə çatdırılan məqalədə oyunçuların qazandıqları qələbələri doğma Ağdamda öz meydançalarında qeyd edə bilmədikləri vurğulanıb. Müəllif klubun “Qarabağ” adlanmasının heç də təsadüfi olmadığını qeyd edib.

Məqalədə Qurban Qurbanovun məşqçisi olduğu vaxtdan komandanın yaxşı nəticələr əldə etdiyi diqqətə çatdırılıb. Məhz onun sayəsində komandanın cari ilin may ayında ikinci dəfə Azərbaycan çempionu titulunu qazandığı vurğulanıb.

Müəllif “Sent Etyen” komandası ilə matçda “Qarabağ” futbolçularının yaddaqalan oyun nümayiş etdirdikləri, hətta rəqib komandanın qapısına qol vuraraq oyunun əvvəlində irəli çıxdıqları və xalları bölüşdürdükləri bildirilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR