“İstəyirəm bəzilərinin “peçat”ını vurum” deyən azərbaycanlının Türkiyədə yeni FOTOSU
Bizi izləyin

İdman

“İstəyirəm bəzilərinin “peçat”ını vurum” deyən azərbaycanlının Türkiyədə yeni FOTOSU

Xəbər verdiyimiz kimi, ötən şənbə günü "Qəbələ"ylə yollarını ayıran Kamran Ağayev Türkiyə birinci liqasında çıxış edən "Kayserispor"la anlaşıb.

Dünən tibbi baxışdan keçən Azərbaycan milli komandasının qapıçısının "Kayserispor"la müqaviləsinin müddəti ilə bağlı məlumat yoxdur.

Publika.az xəbər verir ki, "Kayserispor"un baş meneceri Süleyman Hurma da "twitter"də Kamranın artıq bu klubla anlaşdığı haqda xəbər paylaşmışdı.

29 yaşlı qolkiperin yeni fotosu yeni klubu "Kayserispor"un rəsmi saytının əsas komanda bölümündə yerləşdirilib. Sərdar Kulbilgə və Ərdoğan Kayacandan sonra o, 3-cü qapıçı kimi göstərilib. Ağayev 36 nömrəli formanı seçib.

Qeyd edək ki, Kamran Ağayev saytımıza müsahibəsi zamanı “Bu günə kimi deməmişəm, amma bundan sonra istəyirəm bəzilərinin “peçat”ını vurum” sözləri ilə gündəm yaratmışdı. (http://publika.az/p/59161)

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm