• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Rövnəq Abdullayev: “Prezidentimiz bu işdə bizə çox kömək etdi”

  • İdman
  • 6 Mart 2015 13:07
  • 521 Baxış
Rövnəq Abdullayev: “Prezidentimiz bu işdə bizə çox kömək etdi”

Bu gün saat 11:00-da “Park İnn” otelində AFFA-nın illik hesabat konfransı keçirilib.

Publika.az xəbər verir ki, konfransda bir sıra məsələlər müzakirə olunub, qərarlar verilib.

Konfransın gündəliyində bu məsələlər olub:

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması;

- Maliyyə hesabatının təsdiq olunması;

- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq;

- Növbəti ilin büdcəsinin təsdiq olunması;

- Hər hansı vakant vəzifəyə seçkilər;

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması;

- Digər məsələlər.

Konfransın açılışında AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov çıxış edib.

Rövnəq Abdullayev:

"Hamını salamlayıram. Ölkə başçısı tərəfindən qəbul olunan "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" uğurla həyata keçirilir. UEFA Avropa çempionatını ölkəmizdə keçirmək istəyimizi qəbul etdi. Bu yarışın bir neçə oyunu ölkəmizdə keçiriləcək. Bu, böyük məsuliyyət deməkdi. Prezidentimiz bu işdə bizə çox kömək etdi".

Elxan Məmmədov:

"Təəssüf ki, millimiz 2014-cü ildə ardıcıl dörd məğlubiyyətdən sonra FİFA reytinqində gerilədi. Əvəzində 17 və 19 yaşlı futbolçulardan ibarət millilərimiz elit-raunda vəsiqə qazandılar. Bakıda "Mançester Yunayted"in rəsmi futbol məktəbi fəaliyyətə başladı. Belə bir futbol brendinin Azərbaycanda olması çox vacib məqamdır. Keçən il "Qarabağ" Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı. "Qarabağ" azarkeşlərin ürəyində qalib kimi qaldı. 2020-ci ildə bizi çox vacib turnir gözləyir. Hədəfimiz millimizi həmin Avropa çempionatının final mərhələsinə çıxarmaqdı".

Sonra AFFA 2014-cü il üçün gəlirlərini açıqlayıb. Keçən il federasiyaya ən çox maliyyə SOCAR-dan ayrılıb. Belə ki, bu təşkilatdan federasiyaya 14 milyon manat ayrılıb. Ümumilikdə AFFA-nın keçən il 22 790 150 manat gəliri olub.

AFFA-nın 2014-cü ildəki gəlirləri aşağıdakı kimidir:

- SOCAR 14 000 000

- FİFA 552 998

- UEFA 2 019 410

- Milli komandanın oyunlarının yayım hüququndan 2 096 000

- AzərİdmanServis 2 285 242

- Bakcell 783 660

- AccessBank 408 040

- Coca-Cola 196 668

- Paşa sığorta 118 000

- Digərləri 330 132

Cəmi: 22 790 150 manat.

Konfransda AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da çıxış edib. Sadıqov komitənin işindən və məqsədindən danışıb:

"Məşqçilər Komitəsinin əsas məqsədi Azərbaycan futbolu ilə bağlı bütün sahələri izləməkdir. Klubların rəhbərləri və məşqçiləri, milli komandaların məşqçilər korpusu ilə görüşlər keçirilib. Məşqçilər Komitəsi Klublar Komitəsi ilə əlaqəli iş görməyə çalışır. Biz tövsiyə xarakterli layihə hazırlamışdıq və onu AFFA rəhbərliyinə təqdim etdik. Bizim əsas məqsədimiz 2020-ci ildə Bakıda da təşkil olunacaq Avropa çempionatına layiqli komanda çıxarmaqdır".

AFFA bugünkü toplantıda Apellyasiya və Arbitraj Komitəsi yaratmaqla bağlı qərar qəbul edib.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR