Putin azərbaycanlı idmançını mükafatlandırdı
Bizi izləyin

İdman

Putin azərbaycanlı idmançını mükafatlandırdı

Rusiya prezidenti Vladimir Putin azərbaycanlı xokkeyçi Orxan Kazımovu mükafatlandırıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, V.Putin idmançımıza 18-ci Surdolimpiya Oyunlarında göstərdiyi yüksək nəticəyə görə fəxri diplom verib.

Bundan əlavə Rusiyanın idman naziri Vitaliy Mutkoy prezidentin adından Kazımova "Rusiyanın əməkdar idmançısı" fəxri adını da təqdim edib.

Xatırladaq ki, martın 28-dən aprelin 5-nə kimi Rusiyanın Xantomansiysk şəhərində XVIII Qış Surdolimpiya Oyunları keçirilib. Həmin turnirdə Azərbaycan əsilli idmançı Rusiya millisinin tərkibində çıxış edib və qızıl medala sahib olub.

Yeri gəlmişkən, bu yarış Rusiyada eşitmə qüsurlu insanlar arasında keçirilən ilk turnirdir.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm