ARDNŞ Bakı NEZ-in iri qurğularının əsaslı təmirinə başlayıb
Bizi izləyin

Ekopublika.az

ARDNŞ Bakı NEZ-in iri qurğularının əsaslı təmirinə başlayıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) üç qurğusunda paralel olaraq təmir işlərinə başlayıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) üç qurğusunda paralel olaraq təmir işlərinə başlayıb.

Katalitik riforminq qurğusunda, katalitik krekinqin 100-cü bölməsində və 43 nömrəli tədrici koks qurğusunun birinci axınında həyata keçiriləcək təmirin yerinə yetirilməsi məqsədi ilə texniki-təşkilati, təchizat məsələləri müəyyən edilib, qüsurlar cədvəli tərtib olunub.

Qurğunun modernləşdirilməsi üzrə işlər onun emal gücünü 1 milyon ton (2 milyondan 3 milyonadək), benzin istehsalını isə 450 min ton artırmağa imkan verir.

Təmir işləri zavodun 13 nömrəli təmir-quraşdırma sexi tərəfindən həyata keçirilir.

Bundan başqa, yaxın günlərdə zavodun əsas qurğularından sayılan neftin ilkin emalı üzrə ED-AV-6 qurğusunun əsaslı təmirə saxlanılacağı nəzərdə tutulur. Qurğu avtomobil benzini istehsalında böyük önəm daşıyır. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm