Ekopublika.az
Kredit alanlara şad xəbər (VİDEO)
Ölkədə İslam bankçılığının inkişafı istiqamətində ciddi
addımların atılması gözlənilir. Beynəlxalq Bankın İslam
bankçılığının inkişafı ilə bağlı qanunvericiliyə dəyişiklik
edilməsi barədə Nazirlər Kabinetinə müraciətinə müsbət cavab
verilib. Bununla bağlı Mərkəzi Bank, Maliyyə, eləcə də Sənaye və
İqtisadiyyat Nazirliklərinə tapşırıqlar verilib.
Məsələ ilə bağlı Beynəlxalq Bankın İslam bankçılığı departamentinin
rəhbəri Behnam Qurbanzadə ANS TV-yə müsahibə verib.
- İslam bankçılığında qanunvericiliklə bağlı ediləcək dəyişikliyin
əsas mahiyyəti nədən ibarətdir?
- Mövcud olan qanunvericilik çərçivəsində bu günə qədər bizim
fəaliyyətimiz bir az məhdudlaşırdı. İnanırıq ki, qanunvericilikdəki
dəyişiklikdən sonra inkişaf daha tez gedəcək. Nəticədə
müştərilərimizə təqdim və təklif etdiyimiz məhsulların, xidmətlərin
sayı da artırılacaq. Həmin qanunvericilik çərçivəsində Beynəlxalq
Bankla yanaşı digər banklar, o cümlədən də sosial sığorta
şirkətləri İslam bankçılığı çərçivəsində fəaliyyət göstərə
biləcəklər.
- Qanunvericilikdə mövcud olan məhdudiyyət nədən ibarət idi və bu
məhdudiyyətlər ortadan qaldırıldıqdan sonra hansı səlahiyyətlər
əldə edəcəksiniz?
- Əsas məhdudiyyət ondan ibarətdir ki, bank sektorunda İslam
bankçılığı ilə məşğul olan banklar kommersiya fəaliyyəti ilə məşğul
ola bilmirdilər. Gözləyirik ki, qanunvericilikdə olunacaq
dəyişiklikdən sonra İslam bankçılığının imkanları daha da
artacaq.
- Bütün bu dəyişikliklər və təkliflər nə vaxta reallaşacaq,
ümumiyyətlə bu nə zaman baş verəcək?
- Artıq İslam İnkişaf Bankı ilə Beynəlxalq Bank bu sahədə işlərə
başlayıb, qanunvericiliyin ilkin formasını hazırlayıb. Biz inanırıq
ki, nazirliklərin, Mərkəzi Bankın köməyi ilə ilin sonuna qədər biz
qanunvericiliklə bağlı layihənin Nazirlər Kabinetinə təqdim
edəcəyik.
- Eyni zamanda mağazalarda alış-veriş etmək üçün İslam bankçılığı
departamentinin kredit kartlarınız var. Bu kartlar digər kommersiya
banklarının kartlarından nə ilə fərqlənir?
- Bu, “Mola Bax” kartıdır və ticarəti maliyələşdirmək üçün nəzərdə
tutulub. Hazırda böyük bir mağazalar şəbəkəsi yaradırıq. Həmin
şəbəkə daxilində bizim müştərilərimiz uzun müddət ərzində faizsiz
kreditlərlə bəhrələnə biləcəklər. Məsələn, əgər bir malın qiyməti
min manatdırsa, həmin qiymətə də mal alınacaq, müştəri tərəfindən
isə bu məbləğ altı-yeddi, ya da 12 ay ərzində hissə-hissə
ödəniləcək. Burada üstünlük ondadır ki, faiz yoxdur və kart tam
İslam bankçılığın tələblərinə cavab verir.
- Nəzərə alsaq ki, bu gün əhalidə bir neçə kart var, bu kartların
imanlı müştərilərdən necə əldə edə biləcəksiniz?
- Bizim fəaliyyətimizin əsas istiqaməti budur ki, həm Azərbaycan
vətəndaşlarına, həm də kommersiya təşkilatlarına İslam bankçılığı
barədə düzgün məlumatlar çatdıraq və həmin məlumat çatdırılandan
sonra üstünlük seçimdədir, müştəri seçimdə nəyə üstünlük versə, bu
rəqabətdir. Amma İslam bankçılığının fəaliyyətinə nəzər yetirsək,
bugünkü gündə dövlətlər arasında beynalxalq iqtisadi krizisi nəzərə
alaraq İslam bankçılığı inkişaf edir.
- Belə anlaşıldı ki, sizin bankın müştərisi olan başqa bir bankın
müştərisi ola bilməz?
- İslamda heç bir məhdudiyyət yoxdur. Seçim müştəridədir. Amma bizə
gəlib o üstünlüyü görəndən sonra inanmıram ki, kimsə kommersiya
bankına üz tutsun.
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər