Kreditlərlə bağlı yeni tələb
Bizi izləyin

Ekopublika.az

Kreditlərlə bağlı yeni tələb

Mərkəzi Bank əhalinin kütləvi borclanmasının qarşısını almaq, həm də hüquqlarını daha yaxşı qorumaq üçün banklar qarşısında yeni tələb qoyub.

Kreditlərlə bağlı yeni qaydalar tətbiq ediləcək.

Mərkəzi Bank müştərilərin krediti geri qaytarmaq hüququnun bərpasını tələb edən metoloji sənədi ilin sonuna qədər banklara göndərəcək. Yeni tələbə əsasən müştəri aldığı krediti, digər məhsullarda olduğu kimi 14 gün ərzində geri qaytarmaq hüququna malik olacaq.

Publika.az xəbər verir ki, bununla həm istehlakçıların hüquqlarının qorunması, həm də əhalinin kütləvi borclanmasının qarşısını almaq hədəflənir. Hələ ki sənəd üzərində işlər bitmədiyindən təfərrüatlar bəlli deyil. Amma mütəxəssislər deyirlər ki, kredit adi məhsullardan fərqləndiyindən onun qaytarılması prosesi elə olmalıdır ki, müştərinin hüququ qorunarkən bankın hüququ pozulmasın.

Bank Tədris Mərkəzinin rəhbəri Cavanşir Abdullayev bildirib ki, əgər müştəri krediti 10 günə qaytarırsa, onda 10 günün faizini də müştəri özü ödəməlidir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm