Kim nə qədər gəlir əldə edir? - HESABAT
Bizi izləyin

Ekopublika.az

Kim nə qədər gəlir əldə edir? - HESABAT

Dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş bəzi ölkələrində iqtisadi bərabəsizlik son 30 ildə ən yüksək həddə çatıb.

Publika.az-ın məlumatına görə, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının açıqladığı hesabatda deyilir. Hesabata əsasən, dünyanın 34 ölkəsində əhalinin 10 faizini təşkil edən ən zəngin insanlar ən yoxsul 10 faizlə müqayiəsdə 9,5 dəfə çox gəlir əldə edir. Halbuki 1980-cı illərdə varlılar və yoxsullar arasında gəlir 7 faizin 1 faizə nisbəti arasında olub.

Birləşmiş Ştatlar, Yaponiya və Avropanın inkişaf etmiş ölkələrinin daxil olduğu təşkilat, iqtisadi bərabərsizliyin artmasını iqtsadi inkişafa olduqca mənfi təsir göstərdiyini bildirib. Bildirilib ki, iqtisadi inkişafa ən böyük təsir göstərən amillərdən biri cəmiyyətin digər təbəqələrinə nisbətən orta sinfin aşağı təbəqəsi ilə yoxsul təbəqə arasında uçurumun artmasından ibarətdir.

Hesabatda varlılar və yoxsullar arasında fərqin artması ilə yoxsul ailələrindən çıxmış uşaqların təhsil, sosial və professional inkişaf etmək imkanlarının məhdudlaşdırılmasına gətirib çıxardığı qeyd edilib.

Təşkilat bildirib ki, iqtisadi bərabəsizliyin azaldılması üçün dünyanın iqtisadi baxımdan inkişaf etmiş ölkələri təhsilə daha çox vəsait qoymalı, vergilər və başqa transferlər vasitəsilə gəlirlərin bərabər bölüşdürülməsinə çalışmalıdır. Qurum yaxşı təşkil edilib, hədəflərin müəyyən edildiyi və həyata keçirildiyi halda gəlirlərin bərabər bölüşdürülməsi siyasətinin iqtisadi inkişafa yardım edə biləcəyini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm