Etibar Babayev ATV-dəki yeni vəzifəsindən danışdı - AÇIQLAMA
Bizi izləyin

Magazin1

Etibar Babayev ATV-dəki yeni vəzifəsindən danışdı - AÇIQLAMA

ATV-nin Bədii Şurasının sədri vəzifəsinə təyin olunan tanınmış telejurnalist Etibar Babayev yeni işindən danışıb.

Publika.az-a açıqlama verən E.Babayev yeni vəzifəsinin icrasına bir həftədən sonra başlayacağını bildirib:

“Bir həftədən sonra işə başlayacağam. İşə başlayaq, istiqamətlərimizi müəyyənləşdirək, daha sonra bu barədə danışarıq. Qabaqcadan onu deyə bilərəm ki, işimi müəyyən səlahiyyətlər çərçivəsində quracağam”.

Xatırladaq ki, peşəkar televiziya mütəxəssisi olan E.Babayev bundan əvvəl AzTV-nin nəzdində fəaliyyət göstərən Televiziya və Radio Akademiyasının rektoru olub. O, mərhum şair Adil Babayevin oğludur.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm