Magazin1
Xalq artistinin dəfni QARŞIDURMA yaratdı
Ailə üzvləri xalq artisti İlham Əsgərovun doğulduğu Masallı rayonunda torpağa tapşırılacağını və vida mərasiminin də evində keçiriləcəyini xəbər verib.
İlham Əsgərovla vida mərasiminin niyə Akademik Milli Dram Teatrında keçirilməməsi sualına “Onu teatrın direktoru İsrafil İsrafilovdan soruşun”- deyə cavab verilib.
Teatrdan isə Publika.az-a bildiriblər ki, aktyorun vida mərasiminin evində baş tutması ailəsinin istəyidir:
“Heç bir xalq artistinin ailəsinə qadağa qoyula bilməz ki, vida mərasimi "Azdrama"da keçirilməsin. Amma bunun üçün ailəsinin də razılığı olmalıdır. İlham Əsgərovun ailə üzvləri belə məsləhət gördülər ki, mərasim evində keçirilsin”.
Qeyd edək ki, tanınmış aktyor dünən qəfildən infarkt keçirib və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onun bir neçə gün öncə ürək əməliyyatı keçirdiyi bildirilir.
Cəvahir Səlimqızı
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."