Azərpaşa Nemətov: “O çox cazibədar qadın idi”
Bizi izləyin

Magazin1

Azərpaşa Nemətov: “O çox cazibədar qadın idi”

Akademik Milli Dram Teatrında unudulmaz aktrisa Vəfa Fətullayevanın 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə aktrisanın sənət dostları, yaxınları iştirak edib.

Xatirə gecəsində Vəfa Fətullayevanın ömür yoluna nəzər salınıb.

Teatrın direktoru Azərpaşa Nemətov aktrisanın həyat yoluna nəzər salıb. O qeyd edib ki, Vəfa Fətullayeva Azəprbaycan teatrında öz istedadı ilə seçilən gözəl aktrisa idi. O eyni zamanda cazibədar qadın və gözəl insan idi: “Vəfa Zeynalova sadəliyi ilə seçilirdi. Mən onun ailəsi ilə tanış idim. Vəfa oynadığı rolları ilə parlamağı bacarırdı. O, mənim yadımdan heç vaxt çıxmır”.

Tədbirdə qeyd olunub ki, 1945-ci il avqustun 25-də Bakıda anadan olan aktrisa 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. İlk dəfə uşaq olarkən çıxdığı doğma səhnəyə ömrünün sonunadək sadiq qalıb. Milli Dram Teatrının səhnəsində İ.Əfəndiyevin «Məhv olmuş gündəliklər” əsərində Fəridə, “Mahnı dağlarda qaldı” tamaşasında Gülgəz, M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasında Şərəfnisə, M.İbrahimovun “Kəndçi qızı” əsərində Bənövşə, Anarın “Sizi deyib gəlmişəm” tamaşasında Zeynəb və s. maraqlı obrazlar yaradıb.

Qeyd edək ki, görkəmli aktrisa, SSRİ Xalq artisti Hökumə Qurbanova və xalq rəssamı Nüsrət Fətullayevin övladı olan Vəfa yaradıcılığının çiçəklənən dövründə ağır xəstəliyə düçar olub.

O, 1987-ci il mayın 21-də, 42 yaşında vəfat edib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm