Elməddin and-aman etdi: “Vallah-billah erotika yoxdur”
Bizi izləyin

Magazin1

Elməddin and-aman etdi: “Vallah-billah erotika yoxdur”

Milli Televiziya və Radio Şurası Azad Azərbaycan (ATV) kanalında yayımlanan “Qız atası” serialına görə sözügedən TV-yə şifahi xəbərdarlıq edib.

Publika.az-a açıqlama verən serialın baş prodüseri, aktyor Elməddin Cəfərov Şuranın iradlarını qəbul etdiyini bildirib:

“İradları qəbul edirik. Amma Allaha and olsun ki, biz bunu bilə-bilə eləməmişik. Özüm də dindar adamam, Həccə gedib-gəlmişəm, heç vaxt razı olmaram ki, çəkdiyimiz serialda nalayiq ifadələr səslənsin. Ssenarini biz yazırıq, aktyorlar oynayır. Bəzən improvizələr də olur. Orda bir neçə kəlmə vardı ki, narazılıq doğurub. “Əlin mənə dəyməsin” sözünə irad səslənib. Vallah-billah, orda erotika yoxdur, o sözü elə-belə işlətmişik. El arasında istifadə olunan kəlmə kimi mətnə salmışıq. Amma istəmərik ki, tamaşaçımıza qarşı hörmətsizlik edək. Bilmədən hər hansı bir qüsura yol vermişiksə, ATV rəhbərliyindən də, tamaşaçıdan da, Milli Teleradio Şurasından da üzr istəyirik. Səhvlərimizi düzəldəcəyik”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm