Magazin1
Aygün yenə Natəvanı təhqir etdi: “Vətənimdə "Hayastan siyasəti" aparma!”
Xalq artisti Aygün Kazımova müğənni Natəvan Həbibini yenidən təhqir edib. Belə ki, xalq artistinin Natəvan Həbibini “erməni” adlandırmasından sonra başlayan məhkəmə çəkişməsi hələ bitməmiş ara yenidən qarışıb.
Publika.az xəbər verir ki, bu gecə xalq artisti Aygün Kazımovanın İstanbula ucması qarşı tərəfi qıcıqlandırıb. O, sosial şəbəkədə status paylaşaraq xalq artistinə hara getsə də, cəzadan qaça bilməyəcəyinə işarə vurub:
“Eşitdim, hələ ki qanunun qüvvəyə minməməsindən istifadə edərək ölkədən tez-bazar uçan var. Unutmaq lazım deyil ki, hər gedişin bir dönüşü var. Bu, heç kimdə fikir çaşqınlığı yaratmasın. Çünki nə qanun dəyişər, nə də sizin Natəvan. İstəyirsən Afrikaya get, istəyirsən Marsa. Yenə də hər bir Azərbaycan vətəndaşı Azərbaycan qanunlarına tabe olmalıdır”.
Xalq artistinin cavabı özünü çox gözlətməyib. Natəvanın sözlərindən bərk qəzəbləndiyi isə cavab statusunun hər sətrində aşkar hiss olunub: “Azərbaycanımızın qanunları hər bir Azərbaycan vətəndaşı üçün qanundur! Elə mən özüm başda olmaqla! Mənə “savadsız” deyənin özü savadsızın yekəsidir! Gedin qanunları yaxşı öyrənin! 30 il heç 30 saniyə belə olmadı. Mənim vətənimdə Hayastan siyasəti aparma! Rədd ol mənim məmləkətimdən! Rədd ol!”
Xatırladaq ki, Natəvan Həbibi Aygün Kazımovanı savadsız adlandırmış və onun 30 il müddətinə ölkədən çıxa bilməyəcəyini bildirmişdi.
Xəbəri tam olaraq bu linkdən oxuya bilərsiniz. http://publika.az/p/111003
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ