Amil Xəlildən Nəsib bəy və Yusif bəy haqqında eksklüziv ARAŞDIRMA
Bizi izləyin

Magazin1

Amil Xəlildən Nəsib bəy və Yusif bəy haqqında eksklüziv ARAŞDIRMA

Lider Tv-də yayımlanan "Amil Xəlil ilə Bura Vətəndir " verilişində daha bir maraqlı anlar yaşanıb. Araşdırmaçı jurnalist bu dəfə Tovuzun Yuxarı Öysüzlü kəndində araşdırma aparıb.

Verilişin bu buraxılışında Tovuzda çox tanınmış iki bəydən - Nəsib bəy və Yusif bəydən - söhbət açılır.

Bu bəylər Tovuzda çox xeyrxah işlərlə məşqul olub. Hətta onlara "kimsəsizlərin bəyləri" adını belə veriblər.

Sovet dövründə bəylər sürgün edilir və qərar verilir ki, bəylərin evləri yandırlsın. Evləri yandırmağa gələn nümyandələr qarşılarında Tovuzun Yuxarı Öysüzlü kəndinin sakinlərini görürlər. Kənd ağsaqqallarının təkidi ilə bəylərin evləri məhv edilməkdən xilas olur.

Kənd sakinlərinin bir istəyi var. Uzun illər məktəb və xəstəxana kimi fəaliyyət göstərən bu evləri yenidən təmir edib, gələcək nəsilə sağlam tarix verməkdir. Bu məktəbdə generallar, iş adamları, neçə-neçə müəllimlər yetişib . 2 əsrə yaxın yaşı olan bu evlərin təmirə ehtiyacı var.

Qeyd edək ki, veriliş hər həftənin bazar günü saat 14:00 da Lider Tv də yayımlanır.

Publika.az verilişə informasiya dəstəyi verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm