Magazin1
Azərbaycan teatr TARİXİNDƏ İLK - Şekspirin tamaşası belə oynanılacaq!
Ötən il müstəqil şəkildə yaranmış əsas heyəti əlilliyi
olan şəxslərdən ibarət inklüziv ƏSA Teatrı növbəti, dünya miqyaslı
bir ilkə imza atacaq.
Publika.az xəbər verir ki, 2 may 19:00-da
premyerası olacaq U. Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında
hazırlanmış “Yuxum” romantik komediyasının nümayişində paralel
olaraq səhnədə eşitmə və danışma məhdudiyyətli şəxslər üçün işarət
dili ilə tərcümə olacaq.
Tamaşa zamanı işarət dili ilə tərcümə nəinki ölkəmizdə hətta
dünyada da bir ilk sayılır.
ƏSA Teatrının baş meneceri Nicat Qulam bildirir ki, bu təşəbbüsün
əsas məqsədi cəmiyyətin bütün üzvlərini teatra cəlb etmək, onların
tamaşaçı olmalarının mümkünlüyü təmin etmək və teatrlarda işarət
dili ilə tərcüməni ənənə halına salmaqdır.
İşarət dili ilə tərcüməni bu sahədə bir çox uğurlu layihələrə imza
atmış Nüranə Abıyeva edəcək.
Qeyd edək ki, sözügedən tamaşanın nümayişi 10-u fiziki
məhdudiyyətli olmaqla, 15 aktyor iştirak edəcək. Tamaşa 2 may
19:00-da Azərbaycan Teatr Xadimləri İttifaqının (Aktyorlar Evi)
binasında baş tutacaq.
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu