Zirəddin Rzayev itkin alpinistlərin necə ölməsini AÇIQLADI: 16 yanvarın şifrəsi
Bizi izləyin

Magazin1

Zirəddin Rzayev itkin alpinistlərin necə ölməsini AÇIQLADI: 16 yanvarın şifrəsi

Zirəddin Rzayev itkin düşmüş alpinistlərlə bağlı 16 yanvar tarixində verdiyi proqnozu xatırladıb.

Publika.az xəbər verir ki, Moskvada yaşayan məşhur ekstrasens instaqramda ona tez-tez itkin düşmüş azərbaycanlı alpinistlər haqqında suallar verildiyini qeyd edib:

“Çox təəssüflər olsun ki, onlar sağ deyil. Mən onlardan ikisini eyni vəziyyətdə, amma birini ayrıca görürəm. Öngörüməmə əsasən onlar fevralın 20-dək tapılacaq. Çox qəribədir ki, onlardan biri ikisindən sonra vəfat edib. Qoy, onların yaxınları fikirlərimi öz ürəyinə yaxın qəbul etməsinlər, biz ən yaxşısına ümid edirik. Mən də çox istəyirəm ki, səhv edim".

Daha sonra Z.Rzayev proqnozun şifrələrini açıb:

"Təəssüf ki, onlar ölü halda tapıldı. Məhz dediyim kimi, əvvəlci biri, sonra isə ikisi. Çünki mən ikisini eyni vəziyyətdə görmüşdüm. Biri onlardan ayrı idi. Sonra mən "2" sayı görmüşdüm. Buna görə bildirdim ki, onlar 20.02-sinə qədər tapılacaq. Onlar məhz ay təqviminə görə ikinci gün tapılıb. Ay təqviminə görə də, 16 may ikinci gün sayılır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm