İti məşhur müğənninin telefon nömrəsini bütün dünyaya yaydı - FOTO
Bizi izləyin

Magazin1

İti məşhur müğənninin telefon nömrəsini bütün dünyaya yaydı - FOTO

Amerikalı müğənni Keti Perri bilmədən şəxsi telefon nömrəsini sosial şəbəkədə paylaşıb. Publika.az xəbər verir ki, məşhur müğənni “İnstaqram” sosial şəbəkəsində sevimli itinin videosunu paylaşıb. İtin boynundakı xaltada isə it itkin düşərsə və ya azarsa əlaqə saxlamaq üçün telefon nömrəsi yazılıb.

Müğənninin ayıq heyranları isə dərhal bunu görüb və bir anda hər kəs Ketiyə zəng edib. Saysız-hesabsız telefon zənglərindən şoka düşən müğənni dərhal paylaşdığı videonu sosial şəbəkədən silib. Amma artıq gec olub. Müğənninin telefon nömrəsi bütün qərb mediasının baş xəbərinə çevrilib.

Keti Perri məcbur qalıb işlətdiyi nömrəni deaktiv etməli olub.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm