Sənubər: “Sevgi istənilən vaxt...” -FOTOLAR
Bizi izləyin

Magazin1

Sənubər: “Sevgi istənilən vaxt...” -FOTOLAR

Anna Karenina obrazını canlandırmaq həvəsi ilə Jalə (“Yaşıl eynəkli adam”), Solmaz (“Kişi sözü”), Xanım (“Qurbanəli bəy”), Gülər (“Qu quşunun məhəbbəti”), Tamara (“Təsadüfi görüş”), Nisə xanım, (“Lənkəran xanının vəziri”), hətta Burla Xatunu (“Burla xatun”) yaratdı. Həmin rollarla Azərbaycan qadını obrazını elə yaratdı ki, sənətdə əməkdar artist zirvəsinə ucaldı.

Söhbət teatr və kino aktrisası Sənubər İsgəndərlidən gedir. Aktrisa Publika.az-a sevgidə yaşın önəmindən, geyimlərindən və bəzək əşyalarından danışıb.

Publika.az əməkdar artist ilə müsahibəni təqdim edir.

- Sevgidə yaş həddi olmalıdır?

- Yox, sevgi hissdir... O hiss neçə yaşın olduğuna baxmır. İstənilən vaxt adamın başına vura bilər. Sadəcə, yaşa görə bu hissi ayıb saya bilərsən. Amma bu məsələdə ürəklə bacara bilməzsən. Belə məqamda insan ancaq ağlına güvənə bilər. Yalnız ağıllı qərarlarla sevgini nəzarətdə saxlamaq olar. Sevgi hər an gələr. Amma hər şeyin vaxtı var. Sevgi gənc yaşlarında daha gözəldir.

- Qərb ulduzları tam fərqli düşünür. Onlar yaşlandıqca sevgililəri cavanlaşır...

- Hər qazanın öz qapağı olmalıdır. Məncə, qərblilərin yaşlandıqca cavanlaşan sevgililəri normal deyil. Ən azı, bu, mənə normal görünmür. Düzdür, hər kəs özünə haqq qazandıracaq ki, sevgi yaşa baxmır. Amma bu, bir həqiqətdir ki, yaş münasibətdə özünü mütləq göstərir. Fərq həyata baxışda, dünya görüşündə, kitaba olan maraqda büruzə verir. Belə sevgi nadir hallarda uzunmüddətli olur.

- Dəbə nə qədər önəm verirsiniz?

- Bədənə yaraşan geyimə üstünlük verirəm. Dəbdir deyə, “mütləq geyinməliyəm”düşüncəsi ilə yaşayan insan deyiləm. Amma dəbli geyimin bədənə yaraşanını alıram.

- Bəs, geyimdə nəyə üstünlük verirsiniz?

- Fərq etməz. Vaxta və məkana baxır. Hər şey geyinirəm. Şalvar da, ətək də, don da... Geyimdə özümə qadağa qoymuram.

- Bəzək əşyalarından bijuteriya, yoxsa zinət əşyalarına üstünlük verirsiniz?

- Gecə mərasiminə gedirəmsə, mütləq zinət əşyası olmalıdır. Gündüz geyimlərində isə bijuteriyalardan istifadə edirəm. Necə deyərlər, hər yerin öz bəzək əşyası olmalıdır. Hər yerə də qır-qızıl taxıb getmək düzgün deyil.

- Hansı çoxluq təşkil edir?

- (gülür) Bilmirəm, baxmamışam (yenə gülür).

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm