Magazin1
Bukmeykerlər “Eurovision”la bağlı proqnozlarını açıqladılar
“Eurovision” musiqi yarışmasının finalına 18 gün qalıb. Müddət azaldıqca qalib gələcək iştirakçının kimliyini əvvəlcədən açıqlayan bukmeykerlərin fikirləri, demək olar ki, günbəgün dəyişir.
Əksər beynəlxalq bukmeyker kontorlarının hesablamalarına görə, bu il qalib İsveçrə təmsilçisi Mons Zelmerlev “Hereos” mahnısı ilə olacaq. Onun qalib gəlmə şansını bukmeykerlər 2.1-ə bərabər görür. Bu göstərici bu günə olan ən yüksək nəticədir.
Hesablamalara görə, ikinci yeri İtaliya təmsilçiləri, pop-opera triosu olan “II Volo” olacaq. Azərbaycan dilinə tərcümədə qrupun adı “uçuş” mənası verir. Onların ifa etdiyi mahnı “Grande Amore” adlanır. Bukmeykerlər “II Volo”nun “Eurovision” musiqi yarışmasında şansını 3.55-ə bərabər görür.
Üçüncü yerə layiq görülən Estoniya təmsilçiləri bukmeykerləri əməlli-başlı qalmaqala aparıb. Bəziləri Estoniya təmsilçiləri Elina Born və Stiq Ryastanı üçüncü yerdə görsə də, əksəriyyət dueti qalib olaraq görür. Estoniya təmsilçiləri “Goodbye to Yesterday” adlı mahnı ilə çıxış edəcəklər. Onların qalib gəlmə şansı 7.0-a bərabər görülüb.
Əlbəttə, bütün bunlar yalnız ehtimallardır. Çünki bukmeykerlər Vanqa deyil ki, baş verənləri əminliklə desinlər. Məsələn, ötən il müsabiqənin qalibi Konçitanın qalibiyyətini heç bir bukmeyker kontoru ehtimal etməyib. İş orasındadır ki, nəinki qalib, saqqallı gözəlçənin “Rise like a Phoenix” mahnısını heç TOP 3-lükdə də görən olmamışdı. Amma nəticə bukmeykerləri şoka salmağı bacardı. Bukmeykerlər ötən il əmin edirdilər ki, qalib Ermənistan təmsilçisi olacaq.
Qeyd edək ki, adıçəkilən musiqi yarışmasında Azərbaycanı bu il müğənni Elnur Hüseynov “Hour of the Wolf” mahnısı ilə təmsil edəcək. Elnur ilk dəfə mayın 21-də müsabiqənin ikinci yarımfınalında səhnəyə çıxacaq. Bukmeykerlərin hesablamasına görə, Elnurun ifası yarımfinalda ən çox səs toplayan mahnı olacaq.
İsa Şükürov
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ