Magazin1
Məşhur ekstrasens “Eurovision” qalibinin adını açıqladı
“Eurovision” musiqi yarışmasının başlamasına sayılı günlər qalıb. Daha dəqiq desək, tam 10 gündən sonra ilk yarımfinal baş tutacaq. Bu ərəfədə bir sıra bukmeyker şirkətlər qaliblərin adını açıqlayır. Əksəriyyət isə qalib olaraq İsveçrə təmsilçisi Mans Zelmerlovu görür. İfaçı ölkəsini “Hereos” adlı mahnı ilə təmsil edir. İddialara görə, Mansın ən böyük rəqibi isə bu il debüt olaraq çıxış edən Avstraliyanın təmsilçisi “Elektro Velvet” qrupudur. Əksəriyyət ilk dəfə iştirak edəcək Avstraliyanın böyük səs-küy yaradacağını güman edir.
Amma Rusiyanın ən məşhur ekstrasens realiti şousu olan “Ekstrasenslərin döyüşü” layihəsinin finalisti Yelena Lyulyakova 6-cı hissinə arxalanaraq qalibin adını açıqlayıb.
Rusiya mətbuatına açıqlama verən ekstrasens bu il “Eurovision”da Rusiyanın qalib olacağını bildirib.
Qeyd edək ki, bukmeykerlər Rusiyanın ən yaxşı halda 6-cı yeri tutacağını vəd edir.
Azərbaycanı isə bu il adıçəkilən müsabiqədə müğənni Elnur Hüseynov təmsil edir. Elnurun ifa etdiyi mahnı “Hour of the Wolf” adlanır. Təmsilçimiz ilk olaraq 21 may tarixində yarışmanın ikinci yarımfinalında səhnəyə çıxacaq.
İsa Şükürov
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərin anım günü keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI