Xatirə maşını hansı yolla qazanmaq istəyir? - FOTO
Bizi izləyin

Magazin1

Xatirə maşını hansı yolla qazanmaq istəyir? - FOTO

Başqa vaxt özündən çıxanda həmkarlarını ağ yuyub, qara sərən Xatirə İslam nədənsə, “Maşın şou”da özünü çox sakit aparır. Hətta şounun digər iştirakçısı Mehriban Xanlarova onu qıcıqlandırsa belə. Hiss olunur ki, müğənni bununla xal yığmaq istəyir.

Publika.az xəbər verir ki, Xatirə İslam özünü sakit aparmasını xalqa hörməti kimi izah edib.

“Özümü efirdə əlimdən gəldiyi qədər sakit aparıram. Bu da hörmət əlamətidir, xalqıma sayğımdır. Lazım olanda mən də söz deyə bilirəm. Hər gün danışmaq olmaz. Hər şeyin öz vaxtı var” - özünün “İnstagram” səhifəsində belə yazan Xatirə, görünür, susmaqla maşına sahib olmaq fikrindədir. Hər halda, bu da onun fəndidir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm