Magazin1
Eldar Mansurov: “Allah mənə səs versəydi də, müğənni olmazdım”
Bəstəkar Eldar Mansurov “Günaydın” verilişinin qonağı olub. O, mahnılarının uğur qazanmasının sirrini açıqlayıb:
“Mahnımı müğənniyə təqdim edəndə onun imkanlarını nəzərə alıram. Çalışmışam hamıya öz səsinə uyğun mahnı verim. Müğənninin səs imkanlarına uyğun əsər seçiləndə və əlbəttə ki, o mahnını düzgün ifa edəndə nəticə uğurlu alınır. Mahnı uğurlu alınırsa, xalq da onu sevir. Buna çalışmaq lazımdır”.
Bəstəkar teleaparıcı Vüsalə Kərimovanın “deyirlər bəstəkarlar öz mahnılarını müğənnidən daha yaxşı oxuyur” fikrinə də münasibət bildirib:
“O səsi olan bəstəkarlar üçün deyilir. Mənim səsim yoxdur. Yalandan mızıldana bilərəm. Allah mənə səs versəydi də mən müğənni olmazdım. Mənim aləmimdə insan bir işin arxasınca getməlidir. Müğənni olmaq istəyirsənsə, ancaq müğənniliklə məşğul olmalısan. Bəstəkar olmaq istəyirsənsə, ancaq mahnı yazmalısan. O adamlar ki, həm çalır, həm oxuyur, həm oynayır onlar hər işdə yarımçıqdırlar”
Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-da teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.
İsa Şükürov
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ