Mehriban Xanlarova və Xatirə İslam canlı yayımda qırğına çıxdı - VİDEO
Bizi izləyin

Magazin1

Mehriban Xanlarova və Xatirə İslam canlı yayımda qırğına çıxdı - VİDEO

ANS TV-nin efirində yayımlanan "Maşın" realiti-şou bitsə də, orada təməli qoyulmuş qalmaqallar hələ davam edir.

ANS PRESS-in məlumatına görə, bu gün "Günə baxan" verilişində qonaq olan realiti-şounun iştirakçıları aktrisa Mehriban Xanlarova və müğənni Xatirə İslam arasında mübahisə düşüb.

Mehriban Xanlarova onu şoudan kənarlaşdıran Xatirəyə belə sual verib: "O gündən məndə bir sual yaranıb. Mənə dediniz ki, siz də baş rollar oynayardınız, avtomobillər alardınız. Sonra da Amaliya Pənahova ilə Məleykə Əsədovanın adlarını çəkdiniz. Əvvəla, mən baş rollarda sənətə təzə gələndə - 18 yaşında oynamışam. İndi bir mənə deyin görüm, teatrda Amaliya xanımla Məleykə xanımın hansı bir obrazını görmüsüz? Onların oynadığı hansı tamaşalara gəlib baxmısınız?"

Əməkdar artistin bu sualına cavab tapmayan Xatirə İslam özündən çıxıb. O, sualdan yan keçərək Mehriban xanımın xətrini çox istədiyini bildirib və özünə haqq qazandırmağa çalışıb: "Dalaşan dalaşana nəsə deməlidir də. Siz mənə dediniz, mən də sizə dedim".

Müğənninin cavabı ilə razılaşmayan aktrisa başqa iradını da səsləndirib: "Dəfələrlə müsahibələrinizdə demisiniz ki, mənim o maşına ehtiyacım yoxdur. Düzdü? Mən sizin kimi toylara getsəydim, 3-4 toyumdan qazandığım pulla qardaşıma maşın alardım. Şəxsən mən sizdən gözləyirdim ki, "Maşın"da udduğum avtomobilin açarını Azərbaycanımızı ilk dəfə "Eurovision"da təmsil edən Samir Cavadzadəyə verəcəksiniz. Bu, mənim öz fikrimdir. Mən Xatirə İslamdan bunu gözləyirdim".

Bu dialoqdan sonra sənətçilər arasında vəziyyət daha da gərginləşib. Davamını aşağıda videodan izləyə bilərsiz:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm